Qalaqapı-qo

Lap qədimdən qara və ağ kişmişlərlə yüklənmiş dəvə karvanları Şərqdən Qərbə və Qərbdən Şərqə adlayaraq maddi-mənəvi dəyərlərin, o cümlədən adət-ənənələrin, milli xalq oyunları və digər bilgilərimizin ənənəvi daşıyıcısına çevrilib. Bu qəbildən olan Qədim Milli Xalq Oyunu Qalaqapı (Qo) qədim Şərq mədəniyyətinin incisi hesab olunur və son illər bu mədəniyyət dünya xalqlarının maraq və diqqətini daha da cəlb edib. Əsası qədim Çin və ona yaxın ərazilərdə qoyulmuş Qalaqapı (Qo) Yaponiyada modernləşmə və təkmilləşdirmə mərhələsini uğurla keçərək son yüzilliklərdə bütün dünyada geniş yayılıb.
Qalaqapı (Qo) Azərbaycanda qədim zamanlarda qara və ağ daşlarla deyil, qara və ağ kişmişlərlə oynanılıb. Ona görə də bu oyunu bəzən “kişmiş oyunu” kimi də adlandırmışlar.
Sarvanların «Qara daş, ağ daş – Mənə bir oyundaş…» hayqırtısı ilə özünə oyundaş (rəqib yox…) səsləməsi, ətrafdakıların isə maraqlı tamaşası altında «Oyunçu aparsın…» deyimi təbii və inandırıcı duyumlardandır.
Qaralar başlayır… Digər stolüstü oyunlardan fərqli olaraq qalaqapı oyununda qaraların başlaması oyun lövhəsində (indi oyun taxtası adlanır, ölçüsü 19×19 kimidir) qara daşın oyundaşın ürəyinə tərəf olan hissəyə qoyulması ilə (ürəyə yaxınlıq, səmimiyyət əlaməti olaraq) nəticələnir. Əvəzində isə siftə olaraq bir neçə qara daşın (2003-cü ildən sonra 6 daş) ağlara verilməsi bir növ oyundaşların savaş meydanında güclərini tarazlaşdırır. Sonra növbə ağlara keçir.
Prinsipcə oyundaşlar növbə ilə lövhədə istənilən boş bəndə (xanaya yox) öz daşını qoya bilər. Lakin çalışmaq lazımdır ki, oyunun ilkin mərhələsində mənalı və strateji professional seçimlər olsun. Hər bir seçimin özünəməxsus fəlsəfi izahı, məntiqi davamı, dünya görümü olmalıdır. Maraqlı odur ki, digər oyunlardan fərqli olaraq qalaqapıda professional və həvəskarların da qarşıdurması mümkündür. Bu zaman daha güclü olan zəifə dədəboyu verir. Belə ki, dədəboyu bəndlərinə 9-a kimi sayda qara daşlar düzülə bilər (siftə verilməmək şərti ilə).
Qalaqapı həyat tərzini, insanların yaşayışını özündə əks etdirən strateji stolüstü oyun olmaqla bərabər, oyun zamanı həyat balansının oyundaşlar arasında gözlənilməsini təmin edir. Ona görə də çox vaxt «Qalaqapı yaşamağı öyrədir…» kəlamı da müxtəlif dillərdə eyni mənada səslənir.
Daha sonra qeyd etmək olar ki, hər hansı daşın lövhəyə qoyulması gediş yox, dov adlanır. Yəni, oyundaşlar hər dəfə növbə ilə bir–birinə dov gəlirlər, öz güclərini artırırlar. Hər bir oyunda olduğu kimi, qalaqapıda da qadağa qoyulmuş dovların edilməsi mümkün hesab olunmur. Belə ki, bu zaman qarşı tərəf “kov deyil” deyərək oyundaşa daşını başqa bəndə qoymağı təklif edir. Oyunda yaranmış hər hansı vəziyyətin təkrarı da “kov deyil” qaydasına tabedir. Maraqlıdır ki, beynəlxalq aləmdə də bütün dillərdə bu ko qaydası kimi məşhurdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir