Emil Cəfərovun Xızı və Xızılılar haqqında yazılan kitaba ön söz.

«Üzərində tarixi qeyd, nəqş və ya təsvir olan hər bir qə­dim daş, vaxtı ilə canlı yaşayıb-yaradan insanın donmuş ürə­yi­­dir…»

 Səməd Vurğun

ÖN SÖZ

          İnsan ömrün çalarları ilə ya­şa­dı­­­ğı, boya-başa çatdığı torpağı, yurdu rövnəqləndirirsə, za­man kəsiyində yaşadığı ömürdən doğma Vətəninin öm­rü­nə nə­­sə calayırsa, elin gözündə ucalır. Bu ucalıq şəxsiyyət, mə­nə­­viyyat ucalığıdır ki, ucalmanın ilk pilləsi südlə, qanla yoğ­ru­­­­­lan mayadan başlayır.

Məlum həqiqətdir ki, Xızı – Bərmək mahalının çoxəsrlik zəngin ta­­rixi geniş və əhatəlidir. Qeyd etmək lazımdır ki, in­di­yə ki­mi Xızı – Bərmək mahalı haqqında bu sahədə  kitab yazılmamışdı. Biz bu zə­ru­­rəti dərindən dərk edərək, Xızı – Bərmək mahalı haqqında kitab yaz­ma­ğı qarşımıza məqsəd qoyduq .

Xızı – Bərmək mahalının yaranması haqqında məlumat çox pə­­­­­ra­kəndə şəkildədir. Xızı rayonu Azərbaycanın şimal-şərqində yerləşir və Respublikamızın paytaxtı Bakı şəhərinə ən yaxın dağlıq rayonudur.Ərazisi 1,85 min kv.km-dir. Əhalisi 15062 nəfərdir. Rayonda 1 şəhər, 3 qəsəbə,25 kənd mövcuddur. Xızı rayonu 1928-ci ilə kimi Bakı Sovetinin tərkibində olmuş, sonra müstəqil rayon kimi fəaliyyətə başlamışdır. Rayon 1956-cı ilə qədər fəaliyyət göstərmiş, 1956-cı ilin axılrında Sumqayıta birləşdirilmişdir. 1963-cü ildə Abşeron rayonu təşkil olunur və Xızı zonası həmin rayonun tərkibinə verilir.Nəhayət 1990-cı ilin aprel ayında Xızı rayonu yenidən bərpa olunur. Tarixi faktlara nəzər saldıqda, tarixçilərdən mənbələr içərisində A.Bakıxanovun “Gülüstani irəm” əsərinin adını xüsusilə çəkmək lazımdır. Onun əsərində Quba xanlığının “Xızı bərmək” mahalı haqqında dəyərli məlumatlar verilir.Tarixçi Qiyasəddin Qeybullayevin “Azərbaycanın etnik tarixinə dair” monoqrafiyasında və digər əsərlərində 644-cü ildə aran dövləti ilə Xızonşahlıq (Xızı şahlığı) Xızı məmləkəti arasında bağlanan müqavilədən bəhs olunur.Ərəblərin Xızonşahlığa gəlmələri haqda maraqlı mçateriallara akademik Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” adlı monoqrafiyasında rast gəlmək olur.

Xızı – Bərmək mahalı Adını burada yaşayan Bərmək tayfasından alıb. Xızılılar e.ə. II minillikdə bu mahalda yaşayıblar. Mahal İpək Yolu ticarətində iştirak edib. Hətta Dədə Qorqudun Xızı – Bərmək mahalından olduğunu iddia edirlər. Xızı – Bərmək mahalında olmuş Alman səyyahı Adam Oleari Dədə Qorqud haqda yerli camaatdan eşidib və yazıb ki, dərbəndlilər onun qəbrinin şəhər qəbiristanlığında olduğunu söyləyirlər. Qəbri ziyarət edən Adam Oleari yazır: “İmam Qorqudun qəbri dağda idi. Qorqud haqda söyləyirlər ki, o, Məhəmmədin (peyğəmbər s.ə.v.s) dostu olub, onun ayaqları yanında oturub, ondan dərs alıb və onun ölümündən sonra 300 il yaşayıb. Qəbri qayalıq bir dağda mağara içindədir. Dədə Qorqud dastanında Xızı – Bərmək mahalından, Oğuz yaylağından, Cığatay düzündən, Boybəyim dağından bəhs edilib. Bir çox digər faktları da nəzərə alıb. Belə iddia edirlər ki, Qorqud Dədə Xızı – Bərmək mahalından olub. Oradan Dərbənd şəhərinə gedib.  Əlbəttə, belə dağınıq məlumatı   yığ­­­­ca­­m­­­­­­laşdırmaq kitab yazmaq işini xeyli çətinləşdirmişdir. Xızı – Bərmək mahalının  tarixinə, şəxsiyyətlərin həyat və fəaliyyəti­nə az-çox toxunan müsair tədqiqatçıların əsərlərindən, arxeolo­ji materiallardan, orta əsr miniatürlərindən və zəmanə­mi­zə qə­dər gəlib çatmış maddi-mədəniyyət abidələrində əldə edi­lən dəlillərdən də geniş surətdə istifadə edilmişdir.

Kitabda Xızı – Bərmək mahalının tarixi abidələrindən, tarix boyu xalqımıza, Vətənimizə bəxş etdiyi görkəmli şəxsiyyətlərin – azadlığımız uğrunda şəhid olan­­ların, torpaq uğrunda igidlik göstərənlərin, dövlət, ictimai və si­ya­­si xadimlərin, xalq, hərb və  əmək qəhrəmanlarının, alim və mütəfəkkirlərin, şair, yazıçı, rəssam və digər sənət adam­larının həyat və fəaliyyətindən (Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Məmməd Arif, Əlihüseyn Dağlı, Mirabdulla İbrahimov, Nəbi Xəzri, Ağasəfa Yəhyayev, Bəybala Abbasov,Cabir Novruz, Ata Atakişiyev), aktyor və rejissorların, müğənnilərin, görkəmli idmançıların və başqa şəxsiyyətlərin  yaradıcılığından bəhs edən çox­saylı məqalələr, müasir tədqiqatçıların əsərləri verilmişdir.

Burada Xızı – Bərmək mahalına həsr olunmuş arxeoloji materiallar, orta əsr mi­­­niatürləri və zəmanəmizə qədər gəlib çatmış maddi-mə­də­niy­yət, çoxəsrlik zəngin tarixi-arxeoloji abidələr, coğrafi mövqeyi və so­­sial – iqtisadi inkişafı, habelə bu diyarın ancaq elmə əsaslanan müəy­­yən sahələri haqqında məlumat  verilmişdir.

professor Xanlar Qurbanov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir