Ənzəli

Oyunda püşkü tapmaq yolu ilə kim uduzarsa, o, belini əyir və qalan oyunçular üç-dörd metr aralıda sıraya düzülürlər (6 nəfər); hər biri əyilənin belindən atlanır, oyunçular hər dəfə aşağıdakı sözləri dönə-dönə deyir və dediklərinə əməl edirlər:
Birdə – Ənzəli hay ənzəli.
İkidə – Xan əkbəri
Üçdə – Xoruz banladı: qu-qulu-qu!
Dörddə – Yanbız əzərlər.
Beşdə – Taxta çıxarlar.
(Bu zaman oyunçu “yatan” oyunçunun belində oturur və soruşur: – Minim, ya düşüm?)
Əyilən: -Min və ya düş! – deyir. Oyun yenə davam edir.
Altıda – Əl, üst, baş dəyməsin.
Yeddidə – Tayəl keçərlər,
Səkkizdə – Papaq qoyarlar.
Doqquzda isə hamı əyilənin belinə minir, kim yıxılarsa, onun qulaqlarını dartırlar. Oyun keçirilərkən kim bu deyilənlərə əməl edə bilməsə “yatan”ı əvəz etməli olur.
Paylaş: