Azərbaycan komandası İslam oyunlarında 2-ci oldu

20 mayda “Büllur saray”da 4-cü İslam həmrəyliyi oyunlarında zorxana yarışlarına start verilib. Bu mübarizədə Azərbaycan, Əfqanıstan, Banqladeş, İran, İraq, Qırğızıstan, Pakistan, Tacikistan və Uqanda milliləri yer alıblar.

Rəqabətin ilk günündə Azərbaycan komandası gümüş medal qazanıb. Mükafatlandırmada İslam həmrəyliyi idman federasiyasının icraiyyə komitəsinin üzvü, Beynəlxalq zorxana federasiyasının prezidenti Bəhram Əfşarzadə iştirak edib.

Paylaş: