Zorxanaçılarımız Bakı-2017-də fərdi çıxışda 6 medal qazandı

21 mayda “Büllur saray”da Bakı-2017 İslam oyunlarının zorxana yarışlarında fərdi çıxışlar keçirilib. Bu proqramda ən yüksək nəticəni Rüfət Gülaləyev göstərib. O, səngdə 1-ci olub.

Bundab savayı, millimizin kapitan Xəyyam Orucov milbazidə 2-ci, milsəngində 3-cü, Orxan Xanlarov çərxi-çəmənidə 2-ci, çərxi-tizdə 3-cü və Məmədi Salmanov kəbbadədə 3-cü yer tutublar.

Paylaş: