Ölkə başçısı Bakı-2017-də fərqlənən zorxana millimizlə bir araya gəldi

     12-22 mayda paytaxtımızda 4-cü İslam həmrəyliyi oyunlarında ilk dəfə olaraq proqrama milli idman növü zorxana da salındı. İdmançılarımız 1-ci sınaqdan uğurla çıxdı: komanda yarışında 2-ci olduq, şəxsi çıxışda 1 qızıl, 2 gümüş və 3 bürünc medal, komanda hərəkətlərində isə gümüş medallar qazandıq.

    “Dördilliy”in şərəfinə keçirilmiş ziyafətdə ölkə başçısı, milli olimpiya komitəsinin prezidenti İlham Əliyev mükafatçılarla görüşüb. Bunların sırasında AMİNA-nın 1-ci vitse-prezidenti Kazım Qurbanovun rəhbərlik etdiyi zorxana komandamız da olub.

     Dövlət rəhbəri və ailəsi idmançılarımıza gələcək yarışlarda da uğurlar arzulayıb. Sonda xatirə şəkili çəkilib.

Paylaş: