Rektor Minskdə Avropa çempionu olan zorxana millimizi təbrik edib

Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının rektoru Fuad Hacıyev oktyabrın 5-də Zorxana millisini ilə görüşüb. O, yığmamızı Belarusunun paytaxtında (22-29 iyul) keçirilmiş Avropa çempionatında yığmamızı çempion olması münasibəti ilə təbrik edib. AMİNA-nın prezidenti, eləcə də AzDBTİA-nın “İdmanın təkmübarizlik növləri” kafedrasının müdiri Xanlar Qurbanov kuboku rektora göstərib. Tədbirin yekununda akademiyanı toplantı zalında və əsas dəhlizində xatirə şəkili çəkilib.

Paylaş: