Zorxanaçılar ilə uğurla başladılar: 3 qızıl, 2 gümüş və 9 bürünc medal

18-22 yanvarda İranın Bojnord şəhərində zorxana və pəhləvan güləşi üzrə dünya çempionatı keçirilib. Arazın o tayında ölkəmizi AMİNA prezidenti Xanlar Qurbanov, vitse-prezident Məmmədvəli Mustafayev və baş məşqçi Ağayusif Qurbanovun rəhbərlikləri ilə 6 idmançı təmsil edib.

20 komanda arasında Azərbaycan ümumi hesabda 2-ci yerə çıxıb. Şəxsidə pəhləvan güləşində Nurulla Salamov (70 kq), Rüfət Güləliyev (80 kq) və Vüsal Cavadov (+90 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Adı 2-ci gələn yığma üzvü səngdə 2-ci, ismi ilk çəkilən kəbbadədə 3-cü olub.

Millimizin kapitanı Xəyyam Orucov milsəngində 2-ci, milbazidə 3-cü yer tutub; Orxan Xanlarov çərxi-tiz və çərxi-çəmənidə bürünc medallar qazanıb.

Komanda qrup hərəkətlərində Xəyyam Orucov, Rəsul Səfərov, Rüfət Güləliyev, Nurulla SalamovOrxan Xanlarov 3-cü sıraya çıxıblar.

Paylaş: