
Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan milli idman növləri assosiasiyasının prezidenti, professor Xanlar Qurbanov avqustun 8-də 71 yaşında dünyasını dəyişib.
Sərbəst güləş üzrə müxtəlif beynəlxalq turnirlərin mükafatçısı, SSRİ idman ustası, ümumittifaq dərəcəli hakim, əməkdar məşqçi olan Xanlar müəllim 1990-cı ildən milli idman növləri assosiasiyasının prezidenti vəzifəsində çalışırdı.
Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Tərəqqi” medallı Qurbanov idmanda göstərdiyi xidmətlərə görə FİLA-nın elmi komisiyasının üzvü seçilmişdi. O, Beynəlxalq zorxana konfederasiyasının 1-ci vitse-prezidenti vəzifəsində çalışırdı.
Allah rəhmət eləsin!