Azərbaycan idmanında ağır itki – Allsport.az

Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. Allsport.az xəbər verir ki, milli idman növləri assosiasiyasının prezidenti, professor Xanlar Qurbanov 70 yaşında dünyasını dəyişib.

Sərbəst güləş üzrə müxtəlif beynəlxalq turnirlərin mükafatçısı, SSRİ idman ustası, ümumittifaq dərəcəli hakim, əməkdar məşqçi olan Xanlar müəllim 1990-cı ildən milli idman növləri assosiasiyasının prezidenti vəzifəsində çalışırdı.

Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Tərəqqi” medallı Qurbanov idmanda göstərdiyi xidmətlərə görə FİLA-nın elmi komisiyasının üzvü seçilmişdi. O, beynəlxalq zorxana konfederasiyasının 1-ci vitse-prezidenti vəzifəsində çalışırdı.

Allah rəhmət eləsin!

Paylaş: