Fərhad Ocaqverdiyev

Fərhad Müslüm oğlu Ocaqverdiyev 1955-ci ildə Ağdamda anadan olub. 1972-76-cı illərdə Azərbaycan dövlət bədən tərbiyəsi və idman institunda (indiki AzDBTİA) ali təhsil alıb. 1976-cı ildə sərbəst güləş, 2 il sonra sambo üzrə məşqçi işləyib.

1984- cü ildə Ağdam şəhərində sambo məktəbində direktor vəzifəsinə təyin olunub. 2000-2015- ci illər ərzində universal döyüş millinin baş məşqçisi işləyib.

2004-cü ildən AzDBTİA-nın “İdmanın təkmübarizlik növləri” kafedrasında müəllim, baş müəllim və hal-hazırda dosent vəzifəsində çalışır.

Sambo və sərbəst güləş üzrə SSRİ idman ustası, Əməkdar məşqçi və beynəlxalq dərəcəli hakimdir. 

2020-ci noyabrın 12-də növbədənkənar konfransında Azərbaycan milli idman növləri assosiasiyasının idarə heyətinə seçilib.

Paylaş: