Ağayusif Qurbanov

Ağayusif Kazım oğlu Qurbanov 1954-cü il fevralın 28-də Bakıda anadan olub. 1971-74-cü illərdəci ildə Azərbaycan dövlət bədən tərbiyəsi və idman inistitunda (indiki – AzDBTİA) ali təhsil alıb. 1974-cü ildən sərbəst güləş üzrə idman ustasıdır.

1975-1977-ci illərdə “Burevestnik” könüllü idman cəmiyyətində sərbəst güləş üzrə məşqçi işləyib. 1977-1982-ci illərdə “Məhsul”idman cəmiyyətində baş mütəxəssis olub. 1982-1996-cı illərdə Azərbayca inşaat mühəndisləri universitetinin bədən tərbiyəsi və idman kafedrasında baş müəllim çalışıb.

1982-1996-cı illərdə Azərbaycan inşaat mühəndisləri univeristetinin cüdo yığmasının məşqçisi olub. 1986-1996-cı illərdə bu universitetinin idman klubununa rəhbərlik edib.

1990-cı ildə Azərbaycan Respublikasının “Bədən tərbiyəsi və idman əlaçı” və 2004-cü ildə “Fəxri bədən tərbiyəsi və idman işçisi” fəxri adlarını alıb. 1991-1994-cü illərdə “Gənclik” tələbə idman cəmiyyətinin mərkəzi şurasının sərbəst güləş üzrə yığma komandasının rəhbəri olub.

1992-ci ildən milli güləş komandanın baş məşqçi işləyib. 1995-ci ildə dosentliyə yiyələnib, 2004-cü ildə professor adı alıb. 1999-cu ildə “Əməkdar məşqçi” adına layiq görülüb. 33 elmi məqalənin, dərsliklərin, dərs vəsaitlərinin, metodiki vəsaitlərin müəllifidir.

2004-cü ildə milli olimpiya komitəsinə üzv seçilib. 2005-ci ildən AMİNA-nın zorxana və pəhləvan güləşi üzrə gənclərdən ibarət millisinin baş məşqçisi olub, 2016-cı ildən əsas komandaya rəhbərlik etməyə başlayıb.

2013-cü ildə Azərbaycan Respublikasının prezidentinin sərəncamı ilə təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

2020-ci noyabrın 12-də növbədənkənar konfransında Azərbaycan milli idman növləri assosiasiyasının idarə heyətinə seçilib.

Paylaş: