Baş katib – Seymur Qurbanov

    Seymur Əlipənah oğlu Qurbanov 9 noyabr 1976 –cı ildə Bakı şəhərində anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman təkmübarizlik növləri fakultəsi”nin əyani şöbəsinə qəbul olub. 1997-ci ildə bakalavr, 2 il sonra magistratura pilləsini bitirib.

    2001-ci ildən AzDBTİA-nın “İdmanın təkmübarizlik növləri” kafedrasında müəllim, baş müəllim və hal-hazırda dosenti vəzifəsində çalışır.

     1 dərslik, 2 dərs vəsaiti, 3 proqram və 25 məqalənin müəllifidir. 2020-ci noyabrın 12-də növbədənkənar konfransında Azərbaycan Milli İdman Növləri Assosiasiyasının baş katibi seçilib.

       İdman ustası və Əməkdar məşqçidir.

Paylaş: