Vitse-prezident – Cəlal Qurbanov

Cəlal Cavanşir oğlu Qurbanov 19 mart 1980-ci ildə Bakıda anadan olub. 1996-2000-ci illərdə “Təfəkkür” universitetinində “İqtisadiyyat” fakültəsi üzrə ali təhsil alıb. 2000-ci ildə Azərbaycan dövlət neft akademiyasının “TEMPUS” proqramı çərçivəsində “Ətraf mühit və neft sənayesi” fakültəsinin magistr pilləsinə daxil olub.

Bir il sonra həmin akademiyanın 1-ci kursunu müvəffəqiyyətlə bitirib və  zəmanət götürərək, könüllü hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra, təhsilini davam etdirib. 2003-cü ildə ADNA-nın “Neftin sənayesi və ekologiyası” ixtisası üzrə magistr pilləsini bitirib. 2005-2008-ci illərdə Prezident yanında dövlət idarəçilik akademiyasında “İnzibati idarəetmə” fakültəsinin “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə oxuyub.

Sərbəst güləş üzrə idman ustalığına namizəddir. Uzun illər yeniyetmə sərbəst güləş yığmasına rəhbərlik etmiş Xosrov Cəfərovun şəxsi tələbələrindən olub. 2013-cü ildən Azərbaycan yazıçılar birliyinin üzvü, “Fire Land” productionun rəhbəri, nəğməkar-şair, prezident təqaüdçüsüdür. “Körpələrin səsi”, “İlk Avropa oyunları”, “Sən azərbaycanlısan”, “Zəfərə doğru”, “Yaşa, yaşa, Azərbaycan!”, “Sən qalib gələcəksən” və “Say Hallelujah” layihələrinin müəllifidir.

2020-ci noyabrın 12-də növbədənkənar konfransında Azərbaycan milli idman növləri assosiasiyasının vitse-prezidenti seçilib.

Paylaş: