Prezident – Kazım Qurbanov

Kazım Xanlar oğlu Qurbanov 1988-ci il avqustun 12-də Bakı şəhərində anadan olub. Azərbaycan dövlət iqtisadiyyat universitetinin “İqtisadiyyatın hüquqi tənzimlənməsi” fakultəsi bitirib (2006-2010).
2012-ci ildə AMİNA-nın vitse-prezidenti seçilib. 2019-cu il bu etimad 1-ci vitse-prezidentliyə qədər yüksəlib.

2014-2016-cı illərdə Azərbaycan dövlət mədəniyyət və incəsənət universitetinin idman klubunun sədri olub. Bakı-2017 İslam oyunlarında Azərbaycan zorxana millisinin nümayəndə heyətinin rəhbəri olub.

2018-2020-ci illərdə “Gömrükçü” idman klubunda inspektor işləyib. 2019-cu ildə “Əməkdar məşqçisi” fəxri adına layiq görülüb.

2020-ci noyabrın 12-də milli idman növləri assosiasiyasının növbədənkənar konfransında keçirilən seçkidə yekdilliklə prezident seçilib.

Paylaş: