Vitse-prezident – Məmmədvəli Müstafayev

Məmmədvəli Lütvəli oğlu Mustafayev 3 dekabr 1946-cı ildə Şəkidə doğulub. Uzun illər “Dinamo” idman cəmiyyətində sərbəst güləşlə məşğul olub. SSRİ Əməkdar idman ustası və əməkdar məşqçisi İbrahimpaşa Dadaşovun, Oktiyar Məmmədbəyovun, Musa Babayevin məşqçilik etdikləri respublikanın yığmasının üvzü olub. SSRİ idman ustası normasını yerinə yetirib.

1969-cu ildə respublika idman komitəsinin təqdimatı ilə müsabiqədən kənar Azərbaycan bədən tərbiyəsi və idman inistituna (indiki – AzDBTİA) qəbul olub. 1976-cı ildən məşqçi və idman müəllimi işləyib.
1980-2000-ci illər ərzində Bakı poliqrafiya kombinatında direktor müavini vəzifəsində çalışıb.

2006-cı ildə Azərbaycan zorxana və pəhləvan güləşi dederasiyasının vitse-prezidenti seçilib. 2018-ci ildə “Fəxri bədən tərbiyəsi və idman işçisi” adını alıb.

Paylaş: