Vitse-prezident – Samir Abdullayev

Samir Abdullayev 22 may 1971-ci il Bakıda doğulub. 1982-ci ildən “Neftçi” idman cəmiyyətində cüdo və sambo növləri ilə məşğul olub. Dəfələrlə şəhər, respublika və ümumittifaq turnirlərdə medal qazanıb. 1987-ci il Tiflisdə yeniyetmələrin SSRİ-in birincliyində 3-cü yer tutub.

1988-1992-ci illərdə Azərbaycan dövlət bədən tərbiyəsi və idman institutda (indiki – AzDBTİA) ali təhsil alıb. 1992-1996 illərdə Azərbaycan respublikasının silahlı qüvvələrdə həqiqi hərbi xidmətdə olub, 1-ci Qarabağ savaşında Ağdam və Tərtər rayonlarda gedən döyüşlərdə iştirak edib. “Azərbaycan Respublikasının Müharibə Veteranı”dır.

1999-2001 illərdə Mərkəzi ordu idman klubunda cüdo üzrə məşqçisi işləyib. 2001-2005 illərdə “Budo” idman klubunda cüdo üzrə baş məşqçi olub. 2005-2007 illərdə “Sakura” idman klubunda vitse-prezident vəzifəsində çalışıb.

2007-ci ildən Azərbaycan sumo federasiyasının prezidentidir. 2012-ci ildən Avropa sumo federasiyasının vitse-prezidentidir. 2018-ci ildə bu təşkilat tərəfindən “Gümüş nişanı”la təltiflənib. 2019-ci ildə sumo üzrə “V DAN” adı verilib. Beynəlxalq dərəcəli hakimdir.

2012-ci ildən AzDBTİA-nın baş müəllim vəzifəsində çalışır. Bir neçə dərs vəsaiti, proqram və elmi məqalələrin tərtibçisidir. 2014-cü ildə “Əməkdar məşqçisi” adına layiq görülüb.

2020-ci noyabrın 12-də növbədənkənar konfransında Azərbaycan milli idman növləri assosiasiyasının vitse-prezidenti seçilib.

05 mart 2021-ci il tarixində “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” adı verilmişdir.

Paylaş: