Zorxana və pəhlivan güləşi idman növü üzrə məşqçi – Vüqar Qurbanov

Vüqar Ağayusif oğlu Qurbanov 2 fevral 1982-ci ildə Bakıda anadan olub. Azərbaycan dovlət bədən tərbiyəsi və idman akademiyasini (1999-2003) və Bakı dövlət universitetinin “Hüquq” fakültəsini bitirib (2004-2008). Uşaq vaxtından sərbəst güləşlə məşğul olub. 2002-ci ildə Litvada gənclərin birinciliyinin gümüş mukafatcisi, Bakı-2004 dünya kubokunun qalibidir. 2005-2007-ci illərdə ölkə çempionu olub. Beynəlxalq turnirlərin qalib və medalçısıdır.

2008-ci ildə Koreyanin Busan səhərində keçirilmiş zorxana və pəhləvan güləsi üzrə dunya çempionatında +90 kq-da 1-ci yer tutub. Bir il sonra Azərbaycanda ilk dəfə təşkil olunan dünya kubokunda qalib adına yiyələnib. 2009-ci ildə Almaniyanin Frankfurt səhərində qitə çempionatında eyni nəticəni göstərib.

2010-cu ildə ölkənin ən güclülərinin yarışında 1-ci yer tutan aşıq çəkili bahadır, həmin ildə Turkiyənin Konya səhərində dünya kubokunda baş mükafata sahib çıxıb.
2011-ci ildə Belarus paytaxtı Minskdə dünya çempionatinda 3-cü yer tutub. Zorxana və pəhləvan güləsində dəfələrlə nüfuzlu yarısların qalibi olduğu üçün, Dunya zorxana idmanı federasiyasi tərəfindən “Qızıl bazubənd”lə təltif edilib.

Sərbəst, zorxana və pəhləvan güləsi üzrə idman ustasıdır. 2 saylı RİEOUGİM-də sərbəst güləş üzrə məşqçi, AMİNA-da zorxana və pəhləvan güləsində məşqçidir.

Paylaş: