
Ələkbər Ələskər oğlu Ələvsərov 7 avqust 1973-cü ildə Bakıda anadan olub. 1987-ci ildən cüdo ilə məşğul olmağa başlayıb. 1990-1994-cü ildərdə Azərbaycan dövlət bədən tərbiyəsi və idman inistitunda (indiki – AzDBTİA) ali təhsil alıb.
1997-ci ildə “Neftçi” İdman Klubunda məşqçi-müəllimliyə götürülüb. 2013-cü ildə “Əməkdar məşqçi” adını alıb. Onun tələbələri müxtəlif hüfuzlu beynəlxalq yarışlarda yüksər yerlər tutublar.
2009-cu ildən ABA-da yığmanın baş məşqçisidir. 2018-ci ildən AzDBTİA-da cüdo üzrə məşqçi-müəllim işləyir.
2020-ci noyabrın 12-də növbədənkənar konfransında Azərbaycan milli idman növləri assosiasiyasının idarə heyətinə seçilib.