Rəsul Həsənov

Rəsul Həsənov 14 sentyabır 1984-cw ildə Bakıda  doğulub. 1998-ci ildən “Neftçi” idman cəmiyyətində yunan-Roma güləşi ilə məşğul olub. 54-kq-da yeniyetmələrin paytaxt birinciliyinin qalibidir. 2001-2006-cı illərdə Bakı İslam universitetinin “İslamşünaslıq” fakültəsini bitirib. Ali təhsilini başa vurduqdan sonra, sumo ilə məşqul olmağa başlayıb və bu növündə ölkədə 85-kq-da ilk Azərbaycan çempionu adını qazanıb.

2007-ci ildə Odlar yurdunu Avropa çempionatında və kəmər güləşi üzrə dünya çempionatında təmsil edib. Həmin il Kanada yığmasında məşqlərə başlayıb və 2008-ci ildə bu ökənin qalibi olub. 2009-cu ildə Toronto şəhər cempionatında da 1-ci yer tutub.

2015-ci ildə İtalyanın Barcis şəhərində bizdən Avropa kubokunu qazanıb. 2016-cı ildə Polsanın Krotoszin şəhərində keçirilmiş eyni yarışda burunc mükafata, bir il sonra Almaniya Branderburqunda baş mükafata yiyələnib.
2019-cu ildə Vilnüsda kəmər güləşi üzrə dunya kubokunda 2-ci yerə çıxıb.

2015-ci ildən hakimliyə başlayıb. Sumo, qırğız, qazax, tatar, kəmər güləşləri və mas-reslinq üzrə beynəlxalq dərəcəli referidir.

Paylaş: