Camal Feyziyev

Camal Cəlal oğlu Feyziyev 17 iyun 2000-ci ildə Bakıda anadan olub. Uşaq yaşlarından yunan-roma güləş yığmasının məşqçi Akif Əliyev rəhbərliyi ilə bu idman növünə yiyələnib. 2015-ci ildə Sebiyanın Subotitsa şəhərində yeniyetmələrin Avropa birincliyində 100 kq-da 1-ci yer tutub.

2016-ci ildən idman növünü dəyişərək, Samir Abdullayevin başçılığı ilə sumoya keçib. Bu güləşdə yeniyetmələr, gənclər və böyüklər arasında Avropa çempionatlarında 4 dəst medal qazanıb. Paralel olaraq, kəmər güləşi və mas-reslinqdə gücünü sınayıb.

Adı son çəkilən idman növü üzrə Avropa çempionatında (Bakı, Azərbaycan) 2-ci, dünya çempionatında (Ər-Riyad, Səudiyyə Ərəbistan) 3-cü yerlər tutub və dünya kubokunda (Pabyanitsa, Polşa) gümüş mükafata yiyələnib.

Kəmər güləşində dünya çempionatında 1 dəst medala sahiblənib. 2019-cu ildə Tatarstanın paytaxtı Qazanda klassik kəmər güləşində 2, mütləq çəkidə 3 yer, həmin ilin sonunda Qazaxstanın paytaxtı Nur-Sultanda sərbəst üsulla kəmər güləşində baş mükafaya yetişib.

Paylaş: