Xəyyam Orucov

Xəyyam Hüseyn oğlu Orucov 6 fevral 1981-ci ildə İrəvan xanlığında Göyçə mahalının Basarkeçər kəndində (indiki Ermənistanın Vardenis rayonu) anadan olub. 1988-ci ildə digər yerli azərbaycanlılar kimi, onlar da Ermənistandan məcburən köçürülüblər. Ailə sonradan Şəmkir rayonunda yerləşib.

1998-2002-ci illərdə Azərbaycan dövlət kənd təsərrüfatı akademiyasında ali təhsil alıb. 2 il “Amorqo menecment və konsaltinq” təhlükəsizlik xidməti və nəzarət departamentinə mühafizəçi işləyib. 2009-cu ildə Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının “Güləşmə və onun metodikası”” kafedrasına laborant götürülüb.

2010-cu AzDBTİA-ya qəbul olub. 2014-cü ildə bakalavr pilləsini bitirib və bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat və reablitasiya ixtisası üzrə magistrliyi oxuyub. 2016-cı ildən “İdmanın təkmübarizlik növləri” kafedrasında müəllim vəzifəsində çalışır.

Uşaq vaxtından sərbəst güləşlə məşğul olub. 2007-ci ildən zorxana və pəhləvan güləşindədir. 4-qat Avropa çempionu, 2-qat dünya kubokunun sahibi, 6-qat dünya çempionatının mükafatçısıdır. Bakı-2017 İslam həmrəyliyi oyunlarında 2 gümüş və 1 bürünc medal qazanıb. Beynəlxalq dərəcəli hakim və eyni statusda məşqçidir. İdman ustadır.

AZİF-də millinin çalışdırıcısı (2009-2014) və baş məşqçisi (2014-2017) olub. 2017-ci ildən yığmada böyük məşqçidir. İşlədiyim dövrdə çoxlu dünya və qitə çempionları və mükafatçıları yetişdirib.

Paylaş: