Həsənalı Bayramov

Həsənalı Səfiyar oğlu Bayramov 16 mart 1991-ci ildə Ağdamda anadan olub. 1-ci Qarabağ savaşı ilə əlaqədar ailəsi Bərdəyə köçmək məcburiyyətində qalıb. 2008-2012-ci illərdə Azərbaycan dovlət bədən tərbiyəsi və idman akdemiyasında ali təhsil alıb. Uşaq yaşınddan sərbəst güləslə məsğul olub. 2008-ci ildən zorxana və pəhləvan güləs yığmasının üzvüdür.

2010-cu ildə Turkiyənin Konya şəhərində dünya kubokunda 70 kq- da qızıl, komanda hesabında bürünc medal qazanıb. 2011-ci ildə Litva Şaulyay şəhərinda Avropa çempionatında kəbbadə növündə və 80 kq-da komanda yarışında qızıl medallara yiyələnib. Həmin il Minskdə dünya kubokunda səngdə və komandada eyni nəticələri təkrarlayıb.

2014-cü ildə Belarus paytaxtında qitə çempionatında səng, kəbbadə və komanda hesabında qızıl mükafatlara yetişib. 1 il sonra Düsənbədə dünya kubokunda kəbbadə bürünc, komanda yarışında gümüs medal qazanıb.

2016-cı ildə İndoneziya paytaxtı Cakartada dünya çempionatinda 80 kq-da şəxsidə 2-ci, səngdə 3-cü, komandada 2-ci yerlər tutub. 2018-ci ildə Minskdə qitə çempionatında komanda yarışında qızıl medal qazanıb.

Paylaş: