Məmmədi Salamov

Məmmədi Nurulla oğlu Salamov 18 fevral 1990-cı ildə Dəvəçi rayonun Ağbaş kəndində anadan olub. 2008-ci ildə Respublika olimpiya idman liseyini bitirib. 2008-2012-ci illərdə Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasında ali təhsil alıb. 2014-cü ildən Şabran rayon gənclər və idman idarəsinin nəzdində UGİM-də sərbəst güləş növündə məşqçi-müəllim işləyir.

2010-cu ildən zorxana və pəhlavan güləşi yığmasının üzvüdür. İdman ustasıdır. 2011-ci ildə Belarus paytaxtı Minskdə dünya kuboku 2 qızıl medal qazanıb. 2015-ci ildə Tacikistan paytaxtı Düşənbədə eyni yarışda 1 qızıl və 1 gümüş mükafata yiyələnib.

Bir il sonra İndenoziyanın baş şəhəri Cakartada dünya çempionatında 1 dəst medala sahiblənib. Bakı-2017 İslam həmrəyliyi oyunlarında 1 gümüş və 1 bürünc müküfata yetişib. 2018 və 2020-ci illərdə müvafiq olaraq Belarus və İranda keçirilmiş beynəlxalq yarışlarda 5 dəfə fəxri kürsüyə çıxıb.

Paylaş: