Tural Əliyev

Tural Məhəmməd oğlu Əliyev 31 dekabr 1986-cı ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. Uşaq yaşlarından sərbəst güləşlə məşğul olub. Sonra növünü dəyişərək, zorxana və pəhləvan güləşinə keçib. 2009-cu ildə Almaniyanın Frankfurt şəhərində qitə çempionatında komanda hesabında qızıl medal qazanıb. Həmin il Bakıda ilk dünya kubokunda 2-ci yer, komandada 1-ci yer tutub.

2010-cu ildə Türkiyənin Konya şəhərində eyni yarışda qızıla, komanda hesabında bürünc medala yiyələnib. 2011-cı ildə Minskdə dünya kubokunda şəxsi və komandada zirvəyə çıxıb. Həmin nəticələri elə həmin ildə Litvanın Şaulay şəhərində qitə çempionatında təkarlayıb.

2014-cü ildə Belarus paytaxtında Avropa çempionatında 3-cü, komandada 1-ci olub. 2016-cı ildə Qirğizistanin Colpan-Ata şəhərində dünya köçəri oyunlarında 2-ci yer tutub. Bakı-2017 İslam oyunlarında gümüş medala yetişib. 2009-2011-ci illərdə 90 kq çəkidə dünyanın “Ən yaxşı pəhləvan güləşçisi” adına layiq görülüb.

İdman ustası, Əməkdar məşqçi və güləş üzrə 2-ci dərəcəli beynəlxalq hakimdir.

Paylaş: