AMİNA 20 Yanvar şəhidlərinin əziz xatirəsi hörmət və ehtiramla yad edib

Azərbaycan milli idman növləri assosiyasiyası 20 Yanvar qurbanlarını yad edir. Azərbaycan xalqı onların xatirəsini həmişə əziz tutur. Hər il vətəndaşlarımız bu qəhrəmanlıq salnaməsinin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.

Bu faciə, eyni zamanda, mubarizlik rəmzi kimi də yaşayır. Yanvar hadisələri xalqımıza azadlıq hissi və seçim verdi. Bu azadlıq və seçimin ali nöqtəsi müstəqil Azərbaycanın yardılması oldu. Bu gün Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir ünvan var: bu, 20 Yanvar şəhidlərinin və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların qəhrəmanlarımızn dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan bu xiyabanı ziyarət edir. Nəsillər dəyişəcək, lakin Vətən övladlarının xatirəsi ürəklərdə əbədi yaşayacaq. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.

Bəli, 20 Yanvar azadlığımızın doğum şəhadətnaməsidir! O gecəni nə qədər yaşadacağıqsa, bir o qədər yaşayacağıq. O gecənin varlığını nə qədər hiss edəcəyiksə, bir o qədər varlığımızı hiss edəcəyik. Çünki məhz O müdhiş gecənin zülmətindən işığımız doğub. İndi isə yeniləşib yola çıxırıq. Vaxtilə ruhumun təzahürü kimi içimi inlədən şəhid qanlı Qərənfilim bu gün yanar rəngli nuru, nəfəsi ilə xəfif, incə, kövrək qəlbli Xarıbülbülümü köksünə alıb isidən yuvadır. Şəhadətin mübarək, Şəhidim! Yuvana xoşgəldin, Xarıbülbülüm! Vüsala çatdın, Qərənfilim!

Paylaş: