2-ci Vətən savaşında Zəfərin 100-cü günü münasibəti ilə ağacəkmə aksiyası

Bu gün 2-ci Vətən müharibəsində Zəfərin 100-cü günü münasibəti ilə gənclər və idman, ekologiya və təbii sərvətlər nazirliklərinin dəstəyi, Səbail rayon icra hakimiyyətinin, Bakı şəhər gənclər və idman baş idarəsinin və “Davam” gənclər hərəkatı ictimai birliyinin təşkilatçılığı ilə paytaxtın Səbail rayonu ərazisində ağaclar əkilib.

Allsport.az saytı xəbər verir ki, bu, 2-ci Qarabağ müharibəsində iştirak etmiş qəhrəman əsgər və zabitlərimizin şərəfinə, şəhidlərimizin xatirəsinə, ordumuzun şanlı şücaitinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində təşkil olunub.

Aksiyada qeyd olunan qurumların nümayəndələri, olimpiya, dünya və Avropa çempionları, federasiya, idman məktəblərinin rəhbərləri və məşqçiləri, qazilər, şəhidlərin ailə üzvləri və fəal könüllü gənclər iştirak ediblər.

 

2-ci Vətən savaşında Zəfərin 100-cü günü münasibəti ilə ağacəkmə aksiyası

 

Paylaş: