Azərbaycan Milli Idman Növləri Assosiasiyasının prezidenti mötəbər tədbirə dəvət alıb

            Azərbaycan Milli Idman Novləri Assosiasiyasının (AMİNA) prezidenti Kazım Qurbanov mötəbər tədbirə dəvət alıb. Belə ki, Türkiyə Gənclər və İdman Naziri Mehmet Muharrem Kasaboğlu və Dünya Etnosport Konfederasiyasının prezidenti Necmeddin Bilal Ərdoğanın dəvətinə əsasən Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov 10 aprel 2021-ci il tarixində onlayn formatında keçiriləcək Dünya Etnosport Konfederasiyası (DEK) “Ənənəvi İdman Oyunlarının Dirçəldilməsi ” mövzusunda 4-cü Etnosport Forumunda iştirak edəcək.

        Forumun əsas məqsədi ənənəvi idman oyunlarının qorunması, dirçəldilməsi və genişləndirilməsi, Türkiyənin Gənclər və İdman Nazirliyi ilə birgə ənənəvi idman oyunlarına alternativ yanaşma üsullarının təklif edilməsi və yeni strategiyanın yaradılmasıdır.

Paylaş: