31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür.

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Mart Soyqırımı və ya Mart hadisələri – 30 Mart – 3 Aprel 1918-ci il tarixləri arasında Bakı və Bakı vilayətinin müxtəlif bölgələrində , habelə Bakı Sovetindən və Daşnaksütyundan olan erməni silahlı qrupları tərəfindən Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə azərbaycanlılara qarşı törədilmiş qırğın. Rəsmi mənbələrə görə, soyqırım nəticəsində təxminən 12 min azərbaycanlı öldürüldü, on minlərlə insan itkin düşdü. Mart soyqırımı zamanı Bakıda 15-20.000, Şamaxıda 7000, Qubada 6000 nəfərin öldüyü təxmin edilir. Salyan, Navahi, Lənkəran, Kürdəmir kimi digər bölgələrdə qırğınlar törədilsə də, öldürülənlərin dəqiq sayı məlum deyil.  31 Mart – Azərbaycanlıların Soyqırımı Günündən 103 il ötür. Soyqırımın qurbanlarını dərin ehtiramla anırıq!

Paylaş: