Lənkəranda milli idman növlərinin inkişafı ilə bağlı seminar keçirilmişdir

25 sentyabr 2021 -ci il tarixdə Lənkəran Olimpiya İdman Kompleksində Azərbaycan Milli İdman Növləri Assosiasiyasının təşkilatçılığı ilə milli idman növlərinin inkişafı ilə bağlı seminar keçirilmişdir. Seminarda Lənkəran idman idarəsinin rəisi Ramin Rəhimov, Lənkəran Olimpiya İdman Kompleksinin müdiri Elçin Daşdəmirov və cənub zonasının məşqçi-müəllim heyyəti iştirak etmişdir.
AMİNA-nın prezidenti Kazım Qurbanov assosiasiya haqqında məlumat verib, milli idman növlərinin inkişafı üçün aidiyyəti təşkilatlarla əməkdaşlıq əlaqələrindən, gələcəkdə görüləcək işlərdən və təcrübə proqramlarından bəhs edib.
Sonra Azərbaycan Milli İdman Növləri Assosiasiyasının əməkdaşları tərəfindən mövzu ilə bağlı təqdimatlar edilib, suallar cavablandırılıb.

Paylaş:

Deprecated: File comments.php olmayan şablon is deprecated since version 3.0.0 with no alternative available. Lütfən şablonunuza comments.php şablonunu əlavə edin. in /home/aminaazif/web/amina-azif.az/public_html/wp-includes/functions.php on line 5581

Bir cavab yazın