Milli güləş və kəmər güləşi üzrə yarış keçirildi

11-12 dekabr 2021 -ci il tarixində Cəlilabad Olimpiya İdman Kompleksində Milli güləş üzrə ölkə birinciliyi, Kəmər güləşi üzrə isə ölkə birinciliyi və çempionatı keçirilmişdir.Bu yarışlarda 15 komandanın tərkibində 150-dən çox güləşçi iştirak etmişdir. Hər iki yarışda komanda üzrə Cəlilabad rayonunun güləşçiləri birinci yerə çıxmışdır.
Qalib gələn güləşçilər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə birgə Azərbaycan Milli İdman Növləri Assosiasiyası tərəfindən diplom və medallarla təltif edilmişdir.

Paylaş: