MOK-un VIII hesabat-seçki Baş Məclisi keçirilib

Dekabrın 16-da Milli Olimpiya Komitəsinin onlayn formatda VIII hesabat – seçki Baş Məclisi keçirilib. Hesabat – seçki Baş Məclisin iclasında Azərbaycan Respublikasının Prezidenti Ilham Aliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib.
İclasda Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibi, Çingiz Hüseynzadə, Farid Gayibov və Zemfira Meftahətdinova MOK-un vitse-prezidentləri seçiliblər.
Seçilən hər kəsi təbrik edir, yeni tərkibin ölkə idmanı adına uğurlu işlər görəcəyinə inanırıq.

Paylaş: