Ufa şəhərində kəmər güləşi üzrə dünya kuboku keçirildi

17-19 dekabr 2021- ci il tarixində Rusiyanın Ufa şəhərində Kəmər güləşi idman növü üzrə böyüklər arasında dünya kuboku keçirilmişdir. Ölkəmizi təmsil edən idmançılar Məmmədov Səftər 82 kq çəkidə II yerə, Niftullayev Arif 100 kq cəkidə II yerə və Mehdiyev Xəyal +100 kq çəkidə III yerə layiq görülmüşlər. Yarışın baş hakimi beynəlxalq dərəcəli hakim Rəsul Həsənov olmuşdur.

İdmançılarımızı AMİNA-nın kollektivi adından təbrik edirik.

Paylaş: