Xanlar Qurbanovun anadan olmasının 72-ci ildönümüdür

 

Bu gün görkəmli ziyalı, SSRİ idman ustası, Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim, Milli İdman Növləri Assosiasiyasının təsisçisi və prezidenti, olimpiya akademiyasının vitse-prezidenti, Avropa beynəlxalq zorxana konfederasiyasının 1-ci vitse-prezidenti,“Tərəqqi” medalının sahibi, “Əməkdar bədən tərbiyəsi və idman xadimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Xanlar Qurbanovun anadan olmasının 72-ci ildönümüdür.
Onun xatirəsi daima qəlbimizdədir.

Allah rəhmət eləsin! Məkanı Cənnət olsun!
Xanlar Qurbanov 1950-ci ildə yanvarın 20-də Bakı şəhərində anadan olub. 1968-ci ildə orta məktəbi bitirib, həmin il Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olub. 1970-ci ildə sərbəst güləş üzrə idman ustası dərəcəsi alıb. 1972-ci ildə həmin ali məktəbi bitirib. 1977-ci ildə “Güləş və onun metodikası” kafedrasının baş müəllimi təyin olunub. 1982-ci ildə ümumittifaq dərəcəli hakim adına layiq görülüb. Sonra 1986-cı ildə Ümumittifaq Bədən Tərbiyəsi Elmi – Tədqiqat İnstitutu (ÜBTETİ) – Moskvada dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi adını alıb. 1988-ci ildə isə dosent dərəcəsinə yüksəlib və məşqçilik fakultəsinin dekan müavini təyin olunub.1989-cu ildən isə dossent elmi adına layiq görülməklə güləş kafedrasına rəhbərlik etməyə başlayıb və ömrünün sonuna kimi bu vəzifədə çalışıb.
O, 1990-cı ildə Azərbaycan Milli İdman Növləri Assosiasiyasını təsis edib və ilk prezidenti seçilib. Milli olimpiya komitəsinin üzvü, Azərbaycan Güləş Federasiyasının üzvü, Bakı şəhər sovetinin deputatı (1990-1995) olub. 1993-cü ildə Beynəlxalq Güləş Federasiyasının (FİLA) elmi komissiyasının üzvü seçilib, 1994-cü ildə Professor dərəcəsinə yüksəlib. 1994-2007-ci illərdə AGF-in icraiyyə komitəsinin üzvü olub. 1995-ci ildə İstanbul Tibb Universitetinin fəxri professoru kimi fəaliyyətini davam etdirib. Xanlar Qurbanovun baş məşçilik etdiyi dövrlərdə dünya və Avropa çempionatlarında idmançılarımız daim ilk onluqda qərarlaşıb.
1996-cı ildə olimpiya akademiyasının vitse-prezidenti seçilib. 2001-ci ildə ölkə başçısı İlham Əliyevin sərancamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. Elə həmin ildə Yeni Azərbaycan Partiyasının üzvü olub. 2003-cü ildə XXI əsr Azərbaycan ziyalısı, 2006-cı ildə FİLA-nın beynəlxalq dərəcəli hakimi olub. Davamı rəydə… Qurbanov 1950-ci ildə yanvarın 20-də Bakı şəhərində anadan olub. 1968-ci ildə orta məktəbi bitirib, həmin il Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olub. 1970-ci ildə sərbəst güləş üzrə idman ustası dərəcəsi alıb. 1972-ci ildə həmin ali məktəbi bitirib. 1977-ci ildə “Güləş və onun metodikası” kafedrasının baş müəllimi təyin olunub. 1982-ci ildə ümumittifaq dərəcəli hakim adına layiq görülüb. Sonra 1986-cı ildə Ümumittifaq Bədən Tərbiyəsi Elmi – Tədqiqat İnstitutu (ÜBTETİ) – Moskvada dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi adını alıb. 1988-ci ildə isə dosent dərəcəsinə yüksəlib və məşqçilik fakultəsinin dekan müavini təyin olunub.1989-cu ildən isə dossent elmi adına layiq görülməklə güləş kafedrasına rəhbərlik etməyə başlayıb və ömrünün sonuna kimi bu vəzifədə çalışıb.
O, 1990-cı ildə Azərbaycan Milli İdman Növləri Assosiasiyasını təsis edib və ilk prezidenti seçilib. Milli olimpiya komitəsinin üzvü, Azərbaycan Güləş Federasiyasının üzvü, Bakı şəhər sovetinin deputatı (1990-1995) olub. 1993-cü ildə Beynəlxalq Güləş Federasiyasının (FİLA) elmi komissiyasının üzvü seçilib, 1994-cü ildə Professor dərəcəsinə yüksəlib. 1994-2007-ci illərdə AGF-in icraiyyə komitəsinin üzvü olub. 1995-ci ildə İstanbul Tibb Universitetinin fəxri professoru kimi fəaliyyətini davam etdirib. Xanlar Qurbanovun baş məşçilik etdiyi dövrlərdə dünya və Avropa çempionatlarında idmançılarımız daim ilk onluqda qərarlaşıb.
1996-cı ildə olimpiya akademiyasının vitse-prezidenti seçilib. 2001-ci ildə ölkə başçısı İlham Əliyevin sərancamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. Elə həmin ildə Yeni Azərbaycan Partiyasının üzvü olub. 2003-cü ildə XXI əsr Azərbaycan ziyalısı, 2006-cı ildə FİLA-nın beynəlxalq dərəcəli hakimi olub.

Azərbaycan prezidentinin digər sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb. 2007-ci ildən Azərbaycan Zorxana İdman Federasiyasının prezidenti kimi də fəaliyyət göstərib. Xanlar Qurbanov 200-dən çox elmi məqalənin, dərsliklərin, dərs vəsaitlərinin, metodiki vəsaitlərin müəllifidir.
Onun ölkə idmanına son böyük töhfəsi, zorxananın 2017 -ci ildə Bakıda keçirilmiş 4-cü İslam həmrəyliyi oyunlarının proqramına salınması oldu. Xanlar müəllimin səyi, yorulmaz fəaliyyəti, uzaqgörənliyi və düzgün siyasəti nəticəsində bu milli idman növü dünyada daha da məşhurlaşdı. Çıxışlar ölkə rəhbərliyi və qonaqlar tərəfindən maraqla qarşılandı, tamaşaçılarda yüksək ovqat yaratdı.
2020-ci ilin avqustun 8-i Qurbanovlar üçün kədərli günlərdən biridir. Həmin gün böyük pedaqoq gözlərini əbədi yumdu.
Allah rəhmət eləsin! Məkanı Cənnət olsun!

 

Paylaş: