5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirildi

     5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “İdman Həftəsi”nə bu gün yekun vurulub. Heydər Əliyev Mərkəzinin qarşısında müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar və federasiyaların idman sərgisi keçirilib.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva və Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev də iştirak ediblər.
İdmançılarla görüşən nazir Fərid Qayıbov onları 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə təbrik edib və uğurlar arzulayıb.
     Qeyd edək ki, tədbirdə milli idman növlərindən- zorxana, milli güləş, nərd, qurşaq güləşi üzrə nümunəvi çıxışlar göstərilmişdir və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
Paylaş: