Bakıda “Ənənəvi idman növlərinin dirçəlişi” devizi altında V Dünya Etnoidman Forumu keçirilmişdir

      5-6 mart 2022-ci il tarixində Bakıda “Ənənəvi idman növlərinin dirçəlişi” devizi altında V Dünya Etnoidman Forumu keçirilmişdir. Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan V Dünya Etnoidman Forumuna yüksək səviyyədə ev sahibliyinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirmişdir.
      Azərbaycan Respublikasının Gənclər və İdman naziri F.Qayıbov bu cür tədbirlərin davamlı təşkilinin vacibliyini diqqətə çatdıraraq forumun Bakıda keçirilməsinə dəstək verdiyinə görə Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğana təşəkkür etmişdir.
     Forumda Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov da iştirak etmişdir. Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan tərəfindən Kazım Qurbanov V Etnoİdman Forumunun sertfikatı ilə təltif olunmuşdur.
      Həmçinin AMİNA-nın prezidenti Kazım Qurbanov tərəfindən Dünya Etnoidman                Konfederasiyasının prezidenti Bilal Ərdoğana və Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbova xatirə hədiyyələri təqdim edilmişdir.
Paylaş: