Nizami Mirzə oğlu Ağayev

Nizami Mirzə oğlu Ağayev 11 dekabr 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, ilk təhsilini Bakı şəhər Yasamal rayonunun 20 saylı orta məktəbində almışdır. 1995-ci ildə idmanın cüdo və “Milli güləş” növləri ilə məşğul olmuşdur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bakalavr (2004) və magistr (2006) pillələrini fəqrlənmə diplomu ilə bitirmişdir. O, “Milli güləş, cüdo və sumo güləş yarışlarında hakim və baş hakim olmuşdur(2021).

2011-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının orqanı olan “İdmançı” qəzetində “İctimai əlaqələr şöbəsi”nin müdiri, 2012-ci ildən isə Azərbaycan Milli İdman Növlərinin Asossasiyası koordinator işlərinin ödənişsiz ictimai əsaslarla aprır. Hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdmanın Təkmübarizlik növləri kafedrasın” da cüdo idman növü üzrə müəllim vəzifəsində çalışır. O, bir çox elmi məqalələrin müəllifidir.

2020-ci noyabrın 12-də növbədənkənar konfransında Azərbaycan Milli İdman Növləri Assosiasiyasının idarə heyətinə seçilib.  Azərbaycan Milli İdman Növləri Assosiasiyasında menecment üzrə baş mütəxəsisidir.

Paylaş: