Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Qələbə” İdman Festivalı keçiriləcək

İyunun 18-19-da Bakı İdman Sarayında Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Qələbə” İdman Festivalı keçiriləcək.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli İdman Növləri Assosiasiyası, Sumo Federasiyası, INBA Qlobal Azərbaycan Birliyi, “Qələbə” Ağır Atletika İdman Klubu və “Makkabi” Mədəni-İdman İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək festivala bilet satışından əldə ediləcək gəlir “Yaşat” Fonduna köçürüləcək.

“Qələbə” İdman Festivalının proqramına ağır atletika, aykido, akrobatika gimanastikası, cüdo, karate, kəndirlə mübarizə, natural bodibildinq və fitnes, sumo, mas-reslinq, milli güləş, kəmər güləşi, ənənəvi oxatma, zorxana, dama və nərd daxildir.

Paylaş: