Kəmər Güləşi üzrə yeniyetmələr və böyüklər arasında ölkə çempionatı keçiriləcək

27 dekabrda Azərbaycan Gənclər və İdman Nazirliyinin və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə yeniyetmə və böyüklər arasında kəmər güləşi üzrə ölkə çempionatı keçiriləcək.

Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq yarışda paytaxt və rayonların müxtəlif klub, cəmiyyət və idman təşkilatlarından güləşçilər medallar uğrunda mübarizə aparacaq.

Yarışın əsas məqsədi müvafiq yaş qrupları üzrə gələn il Azərbaycan yığma komandasının tərkibini müəyyən etmək və eyni zamanda yeniyetmələr və böyüklər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin kəmər güləşin kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

İdmançılarımıza uğurlar arzu edirik!

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
Amina Azif

 

 

Paylaş:

Deprecated: File comments.php olmayan şablon is deprecated since version 3.0.0 with no alternative available. Lütfən şablonunuza comments.php şablonunu əlavə edin. in /home/aminaazif/web/amina-azif.az/public_html/wp-includes/functions.php on line 5581

Bir cavab yazın