24 iyun 2023-cü il tarixində Tatarıstan Respublikasının Saban şəhərində kəmər güləşi idman növü üzrə dünya çempionatı keçirilmişdir.
Azərbaycanı bu yarışda Azərbaycan Milli İdman Növləri Assosiasiyasının tərkibində olan kəmər güləşi idman növü üzrə üç idmançısı, 🥈 60-kq çəkidə Ariz Hüseynov, 🥈 70 kq çəkidə Nihad Rzayev və 🥈 +130 kq çəkidə Camal Feyziyev təmsil edərək gümüş medal qazanmışdırlar.