30 Aprel 2023- ci il tarixində Abşeron Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin və Milli İdman Növləri Assosiasiyasının təşkilatçılığı ilə yeniyetmə, gənclər və böyüklər arasında kəndirlə mübarizə idman növü üzrə Ölkə Kuboku keçirilib.
30 Aprel 2023- ci il tarixində Abşeron Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin və Milli İdman Növləri Assosiasiyasının təşkilatçılığı ilə yeniyetmə, gənclər və böyüklər arasında kəndirlə mübarizə idman növü üzrə Ölkə Kuboku keçirilib.
Yarışdan öncə Vətən müharibəsi Şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra dövlət himni səsləndirilib.
Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov və Kəndirlə Mübarizə İdmanı Cəmiyyətinin rəhbəri Elnur Şıxəliyev yarışın mahiyyəti haqqında məlumat veriblər və yarış iştirakçılarına uğurlar arzulayıblar.
Komandaların nəticələrini aşağıda diqqətinizə təqdim edirik.
560 kg qədər yeniyetmə oğlanların mübarizəsində
Elitar gimnaziyanın komandası 1-ci, Mərdəkan komandası 2-ci, Şuşa komandası 3-cü olub.
520 kg qədər yeniyetmə cütlüklərin (mixed) mübarizəsində
Zəngəzur komandası 1-ci, Xarıbülbül komandası 2-ci, Odlar Yurdu komandası 3-cü yerə layiq görülüblər.
600 kg qədər gənc oğlanların mübarizəsində
ASAPES – Zəfər 1-ci, İrəvan 2-ci, KRB komandası isə 3-cü olub. 540 kg qədər gənc qızların mübarizəsində Gömrük İSM komandası 1-ci, 23 N-li məktəbin komandası 2-ci, Zərif Bilək komandası 3-cü yerə layiq görülüblər.
680 kg qədər kişilərin mübarizəsində Dirçəliş-KMİC komandası 1-ci, Gömük İSM 2-ci, ASAPES-Zəfər komandası 3-cü olub.
580 kg qədər cütlüklərin (mixed) mübarizəsində Fortuna komandası 1-ci, Bumeranq komandası 2-ci, Gömrük İSM komandası 3-cü yerə layiq görülüblər.