Aba güləşçimiz Türkiyədə 3-cü olub
31 avqustda Turkiyənin Hatay şəhərində Aba güləşi (türk budunu tərəfindən minilliklərdən dövrünüzə qədər gəlib çıxan idman növü) üzrə 10-cu dünya çempionatı keçirilib.
Yarışda Azərbaycan nümayəndə heyətinə AMİNA-nın prezidenti Xanlar Qurbanov və 1-ci vitse-prezident Kazım Qurbanov daxil olublar.
Baş məşqçi Ələkbər Ələvsərovun komandasında 80 kq-da mübarizə aparan Ceyhun Hüseynov 3-cü yeri, 60 kq-da Eyvaz Baxışov 5-ci yeri tutub.
Qeyd edək ki, AMİNA-nın 1-ci vitse prezidenti Kazım Qurbanov Türkiyənin Hatay Böyük şəhərinin Bələdiyyə Başkanı ABA Güləş Federasiyasının prezidenti Lütfi Savaş və Avropanın ABA Güləş Federasiyasının prezidenti İbrahim Öztekə Azərbaycan Milli İdman Növləri Assosiasiyası adından hədiyyələr təqdim etmişdir.