Abşeron Olimpiya İdman Kompleksində Alpaqut turan döyüş sənəti üzrə Azərbaycan çempionatı

1-2 Aprel 2023- ci il tarixində Abşeron Olimpiya İdman Kompleksində Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli İdman Növləri Assosiasoyasının təşkilatçılıqı ilə Alpaqut turan döyüş sənəti üzrə Azərbaycan çempionatı keçirildi. Yarış Abşeron Olimpiya İdman kompleksində baş tutdu. Çempionatda respublikanın 300-ə yaxın idmançısı Alpaqut döyüş sənətinin Ayça, Batur, Caymaz, Qurşaq və Kaçut döyüş sistemlərində yarışaraq öz gücləri sınamışdılar.

Çempionatın rəsmi açılışında Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov
çıxış etmişlər.

Komandaların nəticələrini aşağıda diqqətinizə təqdim edirik.

Ayça sistemi üzrə:
1-ci yer Sabunçu
2-ci yer Suraxanı
3-cü yer Ağdam

Batur sistemi üzrə:
1-ci yer Ağdam
2-ci yer Laçın
3-cü yer Şəmkir

Çaymaz sistemi üzrə
1-ci yer Sabunçu
2-ci yer Ağdam
3-cü yer Harun DK

Qurşaq sistemi üzrə
1-ci yer Yasamal
2-ci yer Laçın
3-cü yer Fatmayi İK

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
Amina Azif

Copyright by 2023. Bütün hüquqlar qorunur.

Copyright by 2023. Bütün hüquqlar qorunur.