07.10.2023- cü il tarixində Abşeron Olimpiya İdman kompleksində start götürən Alpaqut üzrə VIII – Azərbaycan birinciliyi və çempionatı 08.10.2023 cü il tarixində başa çatıb.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının təşkilatçılığı ilə həyata keçən yarışda respublikanın 40-a yaxın filialından 400-dən çox idmançı Alpaqut döyüş sənətinin Ayça, Batur, Caymaz, Qurşaq döyüş sistemləri üzrə yarışaraq öz güclərini sınayıblar.

Yarışın ümumi komanda üzrə nəticələri.

Ayça sistemi üzrə:
1-ci yer Sabunçu
2-ci yer Suraxanı
3-cü yer Emil Şamilov idman klubu

Batur sistemi üzrə:
1-ci yer Laçın
2-ci yer Beyləqan
3-cü yer Şəmkir

Çaymaz sistemi üzrə
1-ci yer Ağdam
2-ci yer Harun döyüş klubu
3-cü yer Zəngilan

Qurşaq sistemi üzrə
1-ci yer Fatmai
2-ci yer Şabran
3-cü yer Yasamal

Copyright by 2023. Bütün hüquqlar qorunur.

Copyright by 2023. Bütün hüquqlar qorunur.