ALPAQUT DÖYÜŞ SƏNƏTİ

Alpaqut döyüş sənəti Türk xalqlarının qədim döyüş sənətlərindən götürülmüş və müasir döyüş sənətləri ilə sintezləşdirilərək qurulmuşdur. Alpaqut döyüş sənəti, Türk xalqlarının döyüş mədəniyyətindən qaynaqlandığı üçün, bu idman növünün markası “Turan döyüş sənəti” adlanır.

Alpaqut döyüş sənətinin təlim proqramı 8 baza texnikalarından ibarətdir. İmtahan proqramı isə 4 üstüngü mərhələlərdən ibarətdir. Yarışma qaydaları isə 5 sistemdən ibarətdir.

Bu sistemlər belə adlanır:

1) Ayça sistemi

2) Batur sistemi

3) Caymaz sistemi

4) Qurşaq sistemi.

5) Kaçut sistemi.

Bu döyüş sənəti bütün türk dünyasına aid olsada ancaq o bütün hüquqi haqlarla Azərbaycana məxsusdur.

Alpaqut döyüş sənəti üzrə 2017-cu ildə dünya kuboku, 2018-ci və 2019 cu ildə dünya çempionatı Azərbaycanda keçirilmişdir.

Ən yaxşı nəticə göstərənlər: Puri Elsevər, Isayev İsmayıl, Behbudov Elmir, Cabbarov Mirməhəmməd, Mürsəlzadə Elnur, Əliyeva Fatimə, başqaları hal-hazırda burada iştirak edirlər.

Copyright by 2023. Bütün hüquqlar qorunur.

Copyright by 2023. Bütün hüquqlar qorunur.