6 noyabr 2022 ci il tarixində Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli İdman Növləri Assosiasoyasının təşkilatçılıqı ilə Alpaqut turan döyüş sənəti üzrə VII Azərbaycan çempionatı keçirildi. Yarış Abşeron Olimpiya İdman kompleksində baş tutdu. Çempionatda respublikanın 300-ə yaxın idmançısı Alpaqut döyüş sənətinin Ayça, Batur, Caymaz, Qurşaq və Kaçut döyüş sistemlərində yarışaraq öz gücləri sınamışdılar.
Çempionatın rəsmi açılışında Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov, Millət vəkilləri Jalə Əhmədova, Könül Nurullayeva çıxış etmişlər.
Komandaların nəticəsi aşağıdakı kimidir:
Ayça sistemi üzrə:
1-ci yer Sabunçu
2-ci yer Suraxanı
3-cü yer Ağdam
Batur sistemi üzrə:
1-ci yer Xaçmaz
2-ci yer Laçın
3-cü yer Zərdab
Çaymaz sistemi üzrə
1-ci yer Ali Döyüş klubu
2-ci yer Sabunçu
3-cü yer Zəngilan
Qurşaq sistemi üzrə
1-ci yer Laçın
2-ci yer Şəmkir
3-cü yer Şabran
Kaçut sistemi üzrə
1-ci yer Suraxanı
2-ci yer Ağdam
3-cü yer Şəki