Alpaqut turan döyüş sənəti üzrə VII Azərbaycan çempionatı keçirildi

6 noyabr 2022 ci il tarixində Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının dəstəyi ilə Alpaqut turan döyüş sənəti üzrə VII Azərbaycan çempionatı keçirildi. Yarış Abşeron Olimpiya İdman kompleksində baş tutdu. Çempionatda respublikanın 300-ə yaxın idmançısı Alpaqut döyüş sənətinin Ayça, Batur, Caymaz, Qurşaq və Kaçut döyüş sistemlərində yarışaraq öz gücləri sınamışdılar.

Çempionatın rəsmi açılışında Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov, Millət vəkilləri Jalə Əhmədova, Könül Nurullayeva cıxış etmişlər.

Komandaların nəticəsi aşağıdakı kimidir:

Ayça sistemi üzrə:
1-ci yer Sabunçu
2-ci yer Suraxanı
3-cü yer Ağdam

Batur sistemi üzrə:
1-ci yer Xaçmaz
2-ci yer Laçın
3-cü yer Zərdab

Çaymaz sistemi üzrə
1-ci yer Ali Döyüş klubu
2-ci yer Sabunçu
3-cü yer Zəngilan

Qurşaq sistemi üzrə
1-ci yer Laçın
2-ci yer Şəmkir
3-cü yer Şabran

Kaçut sistemi üzrə
1-ci yer Suraxanı
2-ci yer Ağdam
3-cü yer Şəki

Copyright by 2023. Bütün hüquqlar qorunur.

Copyright by 2023. Bütün hüquqlar qorunur.