Azərbaycan nümayəndə heyəti Türkiyə prezidentinin oğlu Bilal Ərdoğanla görüşüb

18 fevral 2018-ci il tarixdə Antalyada milli idman növlərinin dünyada inkisafı istiqamətində seminar kecirilib. Allsport.az saytının məlumatına görə, toplantıda AMİNA-nin prezidenti Xanlar Qurbanov və vitse-prezident Məmmədvəli Mustafayev də iştirak ediblər.

Dünya Etnospor Fedarasiyasının prezidenti Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın oqlu Bilal Ərdoğandır. Tədbirdə ölkəmizin bu sahədə fəaliyyəti təqdir olunub, Azərbaycanın idman diyarı sayılması bir daha qeyd edilib.

Tərbir çərçivəsində Azərbaycan tərəfi bir sıra görüşlər keçirib, AMİNA-nin prezidenti Xanlar Qurbanov Dünya Etnospor Fedarasiyasının prezidenti Bilal Ərdoğan, Türkiyənin Gənclər və Spor Bakanı Osman Aşkın və Antalya şəhərinin valisi Münir Karalöğlu ilə görüş keçirib və qarşılıqlı hədiyyə mübadiləsi olub.

Copyright by 2023. Bütün hüquqlar qorunur.

Copyright by 2023. Bütün hüquqlar qorunur.