Azərbaycan Gənclər və İdman Nazirliyinin, Dünya Alpaqut Federasiyası və Beynəlxalq İdman Hamı üçün Assosiasiyasının (TAFİSA) təşkilatçılığı ilə Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında mətbuat konfransı keçirilib.

Tədbirdə Dünya Alpaqut federasiyanın prezidenti Jalə Əhmədova, vitse-prezident Fərid Əlizadə, Gənclər və idman nazirliyinin sektor müdiri Aydın Məmmədov, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov, DAF Azərbaycan nümayəndəliyinin rəhbəri Qüdrət Nuriyev və TAFİSA-nın Avropa Həmsədri Patrick Perosa və TAFİSA idarə heyətinin üzvü Marco Tomasini iştirak ediblər.
Tədbir iştirakçıları alpaqut turan döyüş növünün ölkəmizdə olduğu kimi, dünyada da böyük nüfuz qazandığını və bu işin ölkəmizin dünyada nüfuzunun artması üçün vacib hadisə olduğunu qeyd ediblər.

Sonda mükafatlar təqdim olunub.

Copyright by 2023. Bütün hüquqlar qorunur.

Copyright by 2023. Bütün hüquqlar qorunur.