Bakıda idman paradı təşkil edilib

Martın 5-də Bakıda idman paradı təşkil edilib. Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbirdə Azərbaycan idman ictimaiyyətinin nümayəndələri, idman veteranları, Olimpiya və Paralimpiya oyunlarının mükafatçıları, idman federasiyalarının nümayəndələri, İdman Səfirləri və idman həvəskarları iştirak ediblər.

Əvvəlcə minlərlə parad iştirakçısı Dənizkənarı bulvarda, “Şeytan çarxı”nın (Bakının gözü) qarşısından “Dinamo” parkınadək yürüş ediblər. Paradda üçrəngli bayrağımızı Olimpiya çempionu Elnur Məmmədli aparıb.

Yürüş başa çatdıqdan sonra təntənəli mərasim keçirilib. Əvvəlcə Dövlət Himnimiz səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Bədən Tərbiyəsi və İdman Günü münasibətilə hər kəsi təbrik edib. Ardınca Ümumilli Lider Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olunub.

Azərbaycan Milli İdman Növləri Assosiasiyasının İdarə Heyyəti və idmançılarıda paradda təmsil olunublar.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
Amina Azif
Tug of War Azerbaijan

Copyright by 2023. Bütün hüquqlar qorunur.

Copyright by 2023. Bütün hüquqlar qorunur.